Leqal xəbər məlumat verir ki, Məmmədli qəsəbəsində cəmi bir il əvvəl çəkilən asfalt yolun artıq yararsız vəziyyətə düşdüyü bildirilir. Yolda yaranan iri çuxurlar və çökmələr sakinlərin narazılığına səbəb olub.
Sürücülər qeyd edirlər ki, qısa müddətdə yolun bu hala düşməsi keyfiyyətsiz işin göstəricisidir. Xüsusilə yağışlı havalarda vəziyyətin daha da təhlükəli olduğu bildirilir.
Sakinlər aidiyyəti qurumların məsələ ilə bağlı tədbir görməsini tələb edirlər. Sosial şəbəkələrdə yayılan görüntülər isə geniş müzakirələrə səbəb olub.