Yeni xəbərlər burada görünəcək.

100 KİLOLUQ QADININ ALTINDA QALAN KİŞİ ÖLDÜ

Portuqaliyada 59 yaşlı kişi birlikdə yaşadığı qadının üzərinə yıxılması nəticəsində həyatını itirib. LEQAL XƏBƏR xəbər verir ki, hadisə Porto şəhərinin Kampanya rayonunda yerləşən evlərdən birində baş verib. Məlumata görə, qadın yataqdan qalxaraq yerdə uzanan kişiyə tərəf hərəkət etmək istəyərkən

5 baxış 3 dəq

Portuqaliyada 59 yaşlı kişi birlikdə yaşadığı qadının üzərinə yıxılması nəticəsində həyatını itirib.

LEQAL XƏBƏR xəbər verir ki, hadisə Porto şəhərinin Kampanya rayonunda yerləşən evlərdən birində baş verib.

Məlumata görə, qadın yataqdan qalxaraq yerdə uzanan kişiyə tərəf hərəkət etmək istəyərkən tarazlığını itirib və onun üzərinə yıxılıb.

Təxminən 100 kiloqram çəkisi olan qadın yıxıldıqdan sonra yataqla divar arasında sıxışıb qalıb və təkbaşına ayağa qalxa bilməyib.

Onun kömək çağırışını eşidən qonşular qapını sındıraraq evə daxil olublar. Onlar kişini huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları uzun müddət ürək-ağciyər reanimasiyası aparsalar da, kişinin həyatını xilas etmək mümkün olmayıb.

Yerli KİV-in məlumatına görə, qadının qaldırılması üçün beş nəfərin köməyinə ehtiyac yaranıb.

Portuqaliya polisi hadisəni boğulma nəticəsində baş vermiş təsadüfi ölüm kimi qiymətləndirib. İstintaq zamanı qəsdən hücum və ya qətl ehtimalını təsdiqləyən hər hansı sübut aşkarlanmayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin