Yeni xəbərlər burada görünəcək.

12 min manatlıq oğurluq

Leqal xəbər məlumat verir ki, Paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarından birində oğurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 29-da baş verən hadisə ilə bağlı polisə müraciət daxil olub. Araşdırmalar nəticəsində məlum olub ki, şübhəli şəxs

22 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarından birində oğurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 29-da baş verən hadisə ilə bağlı polisə müraciət daxil olub.
Araşdırmalar nəticəsində məlum olub ki, şübhəli şəxs mağazanın şüşəsini sındıraraq içəri daxil olub və ümumi dəyəri 12 min manat olan mobil telefonları götürərək hadisə yerindən uzaqlaşıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrahman Nadirov saxlanılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin