Yeni xəbərlər burada görünəcək.

120 METR ADDIMLAYARAQ REKORD QIRDI

Legal Xəbər məlumat verir ki, Polşa vətəndaşı Stanislav Odbişalek qeyri-adi nailiyyətə imza ataraq suyun altında bir nəfəsə 120 metr məsafə qət edib. 59 yaşlı rekordçu hovuzun dibində 2 dəqiqə 40 saniyə ərzində fasiləsiz hərəkət edərək bu nəticəni əldə edib. Məlumata görə, o, rekord cəhdinə

5 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, Polşa vətəndaşı Stanislav Odbişalek qeyri-adi nailiyyətə imza ataraq suyun altında bir nəfəsə 120 metr məsafə qət edib.
59 yaşlı rekordçu hovuzun dibində 2 dəqiqə 40 saniyə ərzində fasiləsiz hərəkət edərək bu nəticəni əldə edib. Məlumata görə, o, rekord cəhdinə hazırlaşmaq üçün təxminən il yarım ərzində xüsusi nəfəs və ağciyər məşqləri keçib.
Bildirilib ki, Stanislav Odbişalek rekord cəhdindən cəmi bir həftə əvvəl bronxit xəstəliyinə yoluxsa da, buna baxmayaraq yarışdan imtina etməyib və planlaşdırdığı performansı nümayiş etdirməyə nail olub.
Qeyd edək ki, bu nəticə sualtı dözümlülük və nəfəs saxlama qabiliyyəti ilə bağlı ən diqqətçəkən nailiyyətlərdən biri hesab olunur. Rekordçu öz uğurunu uzunmüddətli hazırlıq, intizam və iradənin nəticəsi kimi qiymətləndirib.
Xəbəri paylaş Dostlarınıza göndərin