Yeni xəbərlər burada görünəcək.

13 ölkədən gələn səyyahlar Şuşada

Dünyanın müxtəlif ölkələrini səyahət edən MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşaya gediblər. Təxminən 40 nəfərdən ibarət heyət dünyanın 13 ölkəsini təmsil edir. Səyyahlar Şuşada şəhərin tarixi və mədəni irsi,

4 baxış 3 dəq

Dünyanın müxtəlif ölkələrini səyahət edən MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşaya gediblər.

Təxminən 40 nəfərdən ibarət heyət dünyanın 13 ölkəsini təmsil edir. Səyyahlar Şuşada şəhərin tarixi və mədəni irsi, təbiəti, görməli yerləri ilə tanış olmaqla yanaşı, həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini də izləyirlər.

Səfərə MTP klubunun təsisçisi, amerikalı səyyah Charles Veley rəhbərlik edir.

Qeyd edək ki, MTP dünyanın ən çox səyahət edən insanlarını bir araya gətirən beynəlxalq səyahət platformalarından biridir. Klubun üzvlərinin Qarabağa səfəri bölgənin tarixi, mədəniyyəti və yenidən qurulması prosesinin beynəlxalq səyyahların diqqətinə çatdırılması baxımından əhəmiyyət daşıyır.

Xəbəri paylaş Dostlarınıza göndərin