Polis əməkdaşlarının sentyabrın 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Daha bir keçirilən əməliyyat tədbirləri ilə sentyabrın 30-da ümumi çəkisi 134 kiloqram narkotik vasitə və 60 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.