Yeni xəbərlər burada görünəcək.

14 KÜÇƏ VƏ PROSPEKT TƏMİRƏ BAĞLANACAQ

LEQAL XƏBƏR məlumat verir ki, Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri başa çatıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, paytaxtın 12 inzibati rayonunu əhatə edən proqram çərçivəsində ümumilikdə 110 küçə və prospektin

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri başa çatıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, paytaxtın 12 inzibati rayonunu əhatə edən proqram çərçivəsində ümumilikdə 110 küçə və prospektin yenilənməsi nəzərdə tutulub.

Hazırda proqram üzrə işlərin 82 faizi icra edilib. Daha 6 küçə və prospektdə təmir işləri davam etdirilir.

Növbəti mərhələdə isə Bakının daha 14 küçə və prospektində təmir işlərinin aparılması planlaşdırılır.


Xəbəri paylaş Dostlarınıza göndərin