Yeni xəbərlər burada görünəcək.

16 YAŞLI MƏLEYKƏNİN ÖLÜMÜNƏ SƏBƏB OLAN CƏRRAHA BU CƏZA VERİLDİ

LEQAL XƏBƏR məlumat verir ki, Qəbələdə 16 yaşlı Məleykə Məmmədovanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qəbələ Rayon Məhkəməsinin hökmünə əsasən, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov 3 il müddətinə

5 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Qəbələdə 16 yaşlı Məleykə Məmmədovanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qəbələ Rayon Məhkəməsinin hökmünə əsasən, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, məhkəmənin qərarı ilə onun 1 il 6 ay müddətinə tibbi fəaliyyətlə məşğul olması da qadağan edilib. Qərara əsasən, cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunacaq.
Qeyd edək ki, 2009-cu il təvəllüdlü Məleykə Məmmədova ötən ilin iyununda boğaz əməliyyatı üçün xəstəxanaya müraciət edib. Tonzillektomiya əməliyyatından üç gün sonra baş verən kəskin qanaxma nəticəsində o, xəstəxanada həyatını itirib.

Xəbəri paylaş Dostlarınıza göndərin