Legal Xəbər məlumat verir ki, Azərbaycanda 2025-ci il ərzində 20 il və daha artıq davam edən nikahlar arasında 2 681 boşanma faktı qeydə alınıb. Məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.
Statistik göstəricilərə əsasən, son üç ildə boşanmaların ən böyük hissəsi 10-19 il davam edən nikahların payına düşüb. 2025-ci ildə ümumilikdə 20 675 boşanma rəsmiləşdirilib. Onlardan 7 354-ü 10-19 il, 5 795-i 5 ilə qədər, 4 845-i isə 5-9 il davam edən nikahlara aid olub.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ölkədə 21 384 boşanma qeydə alınıb. Həmin dövrdə 20 il və daha artıq davam edən nikahlar üzrə 2 554 boşanma baş verib. 2023-cü ildə isə bu göstərici 2 334 olub.
Rəqəmlər göstərir ki, uzunömürlü ailələrdə boşanma halları son illərdə artım tendensiyası nümayiş etdirir. Bununla yanaşı, ən çox boşanma yenə də 10-19 il davam edən nikahlar arasında qeydə alınır.