Yeni xəbərlər burada görünəcək.

200 MİNƏ YAXIN İNSAN TƏXLİYƏ EDİLDİ

LEQAL XƏBƏR məlumat verir ki, Çinin şimal-şərq bölgələrində leysan yağışları və daşqın təhlükəsi ilə əlaqədar ən yüksək – qırmızı xəbərdarlıq səviyyəsi elan olunub. Məlumata görə, təhlükəli ərazilərdən 200 minə yaxın sakin təxliyə edilib. Riskli zonalardan insanların köçürülməsi prosesi hazırda da

7 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Çinin şimal-şərq bölgələrində leysan yağışları və daşqın təhlükəsi ilə əlaqədar ən yüksək – qırmızı xəbərdarlıq səviyyəsi elan olunub.
Məlumata görə, təhlükəli ərazilərdən 200 minə yaxın sakin təxliyə edilib. Riskli zonalardan insanların köçürülməsi prosesi hazırda da davam edir.
Rəsmi məlumatlarda bildirilir ki, bəzi bölgələrdə yağıntının saatlıq intensivliyi 74,4 millimetrə çatıb. Ayrı-ayrı ərazilərdə isə cəmi yarım gün ərzində 186 millimetrədək yağış qeydə alınıb.
Xatırladaq ki, daha əvvəl Lyaonin və ona qonşu Tszilin əyalətlərinin rəhbərliyi gözlənilən sel təhlükəsi ilə əlaqədar qırmızı xəbərdarlıq elan etmişdi.
Sinoptiklərin məlumatına əsasən, regionun əksər iri çaylarında suyun səviyyəsi və axın sürəti sürətlə artmaqda davam edir.
Xəbəri paylaş Dostlarınıza göndərin