Yeni xəbərlər burada görünəcək.

2019-cu ildən itkin düşən Cəlilabad sakininin qətlə yetirildiyi müəyyən edilib.

İstintaqa görə, Nadir Məmmədov 23 aprel 2019-cu ildə əvvəldən tanıdığı Ramiz Ələkbərov tərəfindən qisas məqsədilə boğularaq öldürülüb. Meyitin cinayəti gizlətmək üçün Masallının Təzə Alvadı kəndindəki evin həyətində istifadəsiz su quyusuna atıldığı bildirilir. Ramiz Ələkbərov 20 sentyabr 2026-cı

10 baxış 3 dəq

İstintaqa görə, Nadir Məmmədov 23 aprel 2019-cu ildə əvvəldən tanıdığı Ramiz Ələkbərov tərəfindən qisas məqsədilə boğularaq öldürülüb.

Meyitin cinayəti gizlətmək üçün Masallının Təzə Alvadı kəndindəki evin həyətində istifadəsiz su quyusuna atıldığı bildirilir.

Ramiz Ələkbərov 20 sentyabr 2026-cı ildə saxlanılıb və cinayəti etiraf edib.

Quyuda aparılan qazıntı zamanı insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkarlanıb.

Fakt üzrə istintaq davam edir.

Xəbəri paylaş Dostlarınıza göndərin