Yeni xəbərlər burada görünəcək.

23 milyard dollarlıq silah satışı

Leqal xəbər bildirirki, ABŞ Yaxın Şərq ölkələrinə ümumi dəyəri 23 milyard dollar olan silah satışını həyata keçirməyə hazırlaşır.Məlumata görə, paketə müasir silah sistemləri, hava hücumundan müdafiə vasitələri və hərbi texnika daxildir. Bu addımın regionda təhlükəsizlik balansına təsir göstərəcəyi

10 baxış 3 dəq

Leqal xəbər bildirirki,
ABŞ Yaxın Şərq ölkələrinə ümumi dəyəri 23 milyard dollar olan silah satışını həyata keçirməyə hazırlaşır.Məlumata görə, paketə müasir silah sistemləri, hava hücumundan müdafiə vasitələri və hərbi texnika daxildir. Bu addımın regionda təhlükəsizlik balansına təsir göstərəcəyi və hərbi əməkdaşlığı gücləndirəcəyi bildirilir. Ekspertlər hesab edir ki, belə iri həcmli silah satışı Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Bununla yanaşı, ABŞ tərəfi satışın müttəfiq ölkələrin müdafiə qabiliyyətinin artırılmasına xidmət etdiyini vurğulayır. Qeyd olunur ki, razılaşmanın detalları və hansı ölkələri əhatə edəcəyi ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanması gözlənilir.

Xəbəri paylaş Dostlarınıza göndərin