Yeni xəbərlər burada görünəcək.

23 yaşlı oğlan arvadını armaturla döydü 

Bakıda gənc oğlan arvadını döyüb. Hadisə Bakının Sabunçu rayonu ərazisində baş verib. 23 yaşlı Müslüm Səfərovla (şərti ad) həyat yoldaşı arasında mübahisə düşüb. Buna səbəb qadının onunla kobud danışması olub. Mübahisə zamanı Müslüm dəmir armaturla arvadının qol, əl və ayaq nahiyələrinə zərbələr

7 baxış 3 dəq

Bakıda gənc oğlan arvadını döyüb.

Hadisə Bakının Sabunçu rayonu ərazisində baş verib.

23 yaşlı Müslüm Səfərovla (şərti ad) həyat yoldaşı arasında mübahisə düşüb. Buna səbəb qadının onunla kobud danışması olub. Mübahisə zamanı Müslüm dəmir armaturla arvadının qol, əl və ayaq nahiyələrinə zərbələr endirərək ona ağır xəsarətlər yetirib.

Faktla bağlı Müslüm Səfərov saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən və zərərçəkmiş şəxslər ifadələrində barışdıqlarını, həmçinin dəymiş ziyanın ödənildiyini bildiriblər. Zərərçəkmiş qadın ərindən şikayətçi olmadığını da qeyd edib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və M. Səfərov məsuliyyətdən azad edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin