Yeni xəbərlər burada görünəcək.

27 nəfər işsiz qaldı

Leqal xəbər bildirirki, Göyçay Rayon İcra Hakimiyyətində struktur dəyişikliyi ilə əlaqədar kütləvi ixtisar aparılıb. Məlumata görə, ümumilikdə 31 vəzifə ləğv edilib və həmin əməkdaşların dövlət qulluğuna xitam verilib. Bildirilib ki, vəzifədən azad olunanların böyük hissəsi kənd inzibati ərazi

11 baxış 3 dəq

Leqal xəbər bildirirki, Göyçay Rayon İcra Hakimiyyətində struktur dəyişikliyi ilə əlaqədar kütləvi ixtisar aparılıb. Məlumata görə, ümumilikdə 31 vəzifə ləğv edilib və həmin əməkdaşların dövlət qulluğuna xitam verilib. Bildirilib ki, vəzifədən azad olunanların böyük hissəsi kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin müavinləri və nümayəndəliklərin baş məsləhətçi–baş mühasibləri olub. İxtisara düşən şəxslərdən dörd nəfər icra hakimiyyətinin və tabe qurumların digər vəzifələrinə təyin edilsə də, hazırda 27 nəfər işsiz qalıb. Qeyd olunur ki, son vaxtlar ölkənin bir neçə rayonunun icra hakimiyyətlərində də oxşar struktur dəyişiklikləri nəticəsində əməkdaşların ixtisarı həyata keçirilib.





Xəbəri paylaş Dostlarınıza göndərin