Yeni xəbərlər burada görünəcək.

28 YAŞLI POLİS ƏMƏKDAŞI QONAQ GETDİYİ EVDƏ ÖLÜ TAPILIB

LEQAL XƏBƏR məlumat verir ki, Türkiyənin Van şəhərində xidmət edən polis əməkdaşı Abuzer Şaşmaz doğulduğu Adıyaman şəhərində qonaq qaldığı evdə ölü vəziyyətdə tapılıb. Məlumata görə, 28 yaşlı polis əməkdaşı məzuniyyət və ailə ziyarəti məqsədilə Adıyamana gedib və Sümerevlər məhəlləsində dostunun

6 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Türkiyənin Van şəhərində xidmət edən polis əməkdaşı Abuzer Şaşmaz doğulduğu Adıyaman şəhərində qonaq qaldığı evdə ölü vəziyyətdə tapılıb.
Məlumata görə, 28 yaşlı polis əməkdaşı məzuniyyət və ailə ziyarəti məqsədilə Adıyamana gedib və Sümerevlər məhəlləsində dostunun evində qalıb.
Hadisə dostunun evə qayıtdığı zaman aşkarlanıb. O, Şaşmazı hərəkətsiz vəziyyətdə görərək dərhal təcili tibbi yardıma məlumat verib. Hadisə yerinə gələn həkimlər onun artıq həyatını itirdiyini müəyyən ediblər.
Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub, evdə ilkin araşdırmalar aparılıb. Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün meyit Adıyaman Təhsil və Araşdırma Xəstəxanasının morquna göndərilib.
Xəbəri paylaş Dostlarınıza göndərin