Yeni xəbərlər burada görünəcək.

325 MİLYON DOLLAR MƏNİMSƏYƏN SABİQ MƏMURA EDAM CƏZASI VERİLDİ

Çində 325 milyon dollar dəyərində dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinən sabiq yüksəkvəzifəli məmur edam cəzasına məhkum edilib. LEQAL XƏBƏR verir ki, bu barədə Çinin Ali Xalq Məhkəməsi məlumat yayıb. Bildirilib ki, Nankin şəhərinin sabiq vəzifəli şəxsi Yan Yulin rüşvət alma, dələduzluq,

5 baxış 3 dəq

Çində 325 milyon dollar dəyərində dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinən sabiq yüksəkvəzifəli məmur edam cəzasına məhkum edilib.

LEQAL XƏBƏR verir ki, bu barədə Çinin Ali Xalq Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, Nankin şəhərinin sabiq vəzifəli şəxsi Yan Yulin rüşvət alma, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması cinayətlərində təqsirli bilinib.

İstintaq materiallarına əsasən, o, ümumilikdə 2,2 milyard yuan (təxminən 325 milyon ABŞ dolları) məbləğində dövlət vəsaitini mənimsəyib.

Məhkəmənin qərarına əsasən, Yan Yulin edam cəzasına məhkum olunub, bütün şəxsi əmlakı müsadirə edilib və ömürlük siyasi hüquqlardan məhrum edilib.

Qərarda qeyd olunub ki, sabiq məmurun törətdiyi cinayətlər Çin iqtisadiyyatına xüsusilə böyük ziyan vurub və əməllərinin ağırlığı nəzərə alınaraq cəzanın yüngülləşdirilməsi mümkün sayılmayıb. Bildirilir ki, o, məhkəmə zamanı günahını etiraf edib və peşman olduğunu bəyan edib.

Qeyd edək ki, Çin hökuməti 2012-ci ildən etibarən korrupsiyaya qarşı genişmiqyaslı mübarizə aparır. Bu kampaniya çərçivəsində çoxsaylı yüksəkvəzifəli məmurlar məsuliyyətə cəlb olunub, bəziləri isə ömürlük həbs və digər ağır cəzalara məhkum ediliblər.

Xəbəri paylaş Dostlarınıza göndərin