Yeni xəbərlər burada görünəcək.

375 KİLOQRAM QIZIL MÜSADİRƏ EDİLDİ

LEQAL XƏBƏR məlumat verir ki, İraqda korrupsiya işi üzrə aparılan istintaq çərçivəsində ümumilikdə 375 kiloqram qızıl külçə müsadirə olunub. Məlumata görə, İraq Kürdüstanı muxtariyyətinin məhkəmə orqanları ilə birgə keçirilən əməliyyat zamanı neft emalı üzrə nazir müavini Adnan əl-Cümeylinin əsas

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, İraqda korrupsiya işi üzrə aparılan istintaq çərçivəsində ümumilikdə 375 kiloqram qızıl külçə müsadirə olunub.

Məlumata görə, İraq Kürdüstanı muxtariyyətinin məhkəmə orqanları ilə birgə keçirilən əməliyyat zamanı neft emalı üzrə nazir müavini Adnan əl-Cümeylinin əsas şübhəli olduğu cinayət işi üzrə 358 kiloqram qızıl külçə aşkar edilərək götürülüb.

İraq Ali Məhkəmə Şurasının nümayəndəsi Ziya Cəfərin sözlərinə görə, neft sektorunda korrupsiya ilə bağlı digər cinayət işi çərçivəsində aparılan axtarış zamanı daha 17 kiloqram qızıl da müsadirə edilib.

Bildirilib ki, ələ keçirilən bütün qızıl külçələr İraq Mərkəzi Bankına təhvil verilib.

Xatırladaq ki, iyunun sonunda İraqda korrupsiya ittihamları ilə 47 deputat və yüksək vəzifəli şəxs saxlanılmışdı. Rəsmi qurumlar istintaqın davam etdiyini və yaxın vaxtlarda elektrik enerjisi və neft nazirliklərindəki mənimsəmə halları ilə bağlı yeni adların açıqlanacağını bildirmişdilər.

Xəbəri paylaş Dostlarınıza göndərin