Yeni xəbərlər burada görünəcək.

4 NƏFƏR XƏSTƏXANALIQ OLDU

Leqal Xeber məlumat verir ki, Yaponiyanın Fukuşima prefekturasında ayının insanlara hücumu nəticəsində dörd nəfər xəsarət alıb. Hadisə səhər saatlarında baş verib. Məlumata görə, vəhşi heyvan əvvəlcə polad istehsalı müəssisəsində çalışan 20 və 60 yaşlarında iki kişiyə hücum edib. Yaralanan şəxslər

19 baxış 3 dəq
Leqal Xeber məlumat verir ki, Yaponiyanın Fukuşima prefekturasında ayının insanlara hücumu nəticəsində dörd nəfər xəsarət alıb. Hadisə səhər saatlarında baş verib.
Məlumata görə, vəhşi heyvan əvvəlcə polad istehsalı müəssisəsində çalışan 20 və 60 yaşlarında iki kişiyə hücum edib. Yaralanan şəxslər xəstəxanaya çatdırılıb və onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Daha sonra ayı yaxınlıqdakı yaşayış məntəqəsinə daxil olaraq 80 yaşlı qadına və 60 yaşlı kişiyə xəsarət yetirib.
Bildirilir ki, son günlər ərazidə ayının göründüyü barədə dəfələrlə məlumat daxil olub. Hazırda heyvanın hələ də həmin ərazidə olduğu ehtimal edilir. Yerli polis və xilasedicilər sakinlərin təhlükəsizliyi üçün fövqəladə tədbirlər görür, ayının zərərsizləşdirilməsi məsələsi də nəzərdən keçirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin