Yeni xəbərlər burada görünəcək.

46 CİNAYƏT ŞÜBHƏLİSİ SAXLANILIB

Leqal Xəbər məlumat verir ki, iyunun 1-də ölkə ərazisində qeydə alınan 54 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışda olan ümumilikdə 164 nəfər saxlanılaraq aidiyyəti üzrə

6 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, iyunun 1-də ölkə ərazisində qeydə alınan 54 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışda olan ümumilikdə 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 129-u borclu şəxs, 9-u itkin düşmüş kimi axtarışda olan, daha 9-u isə dələduzluğa görə axtarışda olan şəxslərdir.
Həmçinin narkotiklərlə bağlı 21 fakt aşkarlanıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19,2 kiloqrama yaxın narkotik vasitə və 600 ədəd metadon həbi dövriyyədən çıxarılıb.
Qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Paytaxt və bölgələrdə 2 tapança, 1 qumbara, 2 tüfəng, 1 patron darağı və 7 patron götürülüb.
Keçirilən tədbirlər nəticəsində cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
Xəbəri paylaş Dostlarınıza göndərin