Yeni xəbərlər burada görünəcək.

“5 İLDİR TARAKANLARLA DOLU TƏKADAMLIQ KAMERADA SAXLANILIRAM”

LEQAL XƏBƏR məlumat verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili saxlanıldığı həbsxanadakı şəraitin ağır olduğunu və uzun müddətdir təkadamlıq kamerada saxlanıldığını iddia edib. Saakaşvili bu barədə "Georgia Online" nəşrinə açıqlamasında danışıb. Onun sözlərinə görə, kiçik,

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili saxlanıldığı həbsxanadakı şəraitin ağır olduğunu və uzun müddətdir təkadamlıq kamerada saxlanıldığını iddia edib.

Saakaşvili bu barədə "Georgia Online" nəşrinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, kiçik, qaranlıq, tarakanlarla dolu və zəif havalandırılan kamerada saxlanılır. Eks-prezident kamerada tualet əvəzinə "çeçma" adlanan sanitar qurğudan istifadə edildiyini və oxşar şəraitdə digər siyasi məhbusların da saxlanıldığını bildirib.

Sabiq prezident qeyd edib ki, oktyabrın 1-də həbsinin beş ili tamam olacaq. Onun iddiasına görə, bu qədər uzun müddət təkadamlıq kamerada saxlanılması beynəlxalq normalara əsasən işgəncə və qeyri-insani rəftar hesab edilir.

Saakaşvili həmçinin həbsxananın Rustavidə yerləşən, onun iddiasına görə, milyarder Bidzina İvanişviliyə məxsus sement zavodunun yaxınlığında olduğunu bildirib. O, məhbusların daim sement tozuna məruz qaldığını və bunun nəfəs almağı çətinləşdirdiyini iddia edib.

Onun sözlərinə görə, qanun buna icazə versə də, uzun müddət telefonla danışmaq hüququndan məhrum edilib. Yalnız bu yaxınlarda həftədə bir neçə dəqiqə qızı Alisa ilə danışmasına icazə verilib.

Saakaşvili Ukrayna konsulu ilə görüşünə, Ukraynadan çap nəşrləri və videomateriallar almasına, həmçinin vəkillərinin ona övladları və nəvəsinin fotolarını gətirməsinə icazə verilmədiyini də bildirib.

O, beynəlxalq, hökumət və parlament nümayəndə heyətlərinin onunla görüşmək cəhdlərinin dəfələrlə rədd edildiyini söyləyib.

“Mənimlə hərbi əsir kimi davranırlar, amma Cenevrə Konvensiyasına əməl etmirlər”, – deyə Saakaşvili bildirib.

Sabiq prezident həbsinin əvvəlində işgəncəyə və zəhərlənməyə məruz qaldığını da iddia edib və bütün bunların onun iradəsini qırmağa yönəldiyini vurğulayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin