Yeni xəbərlər burada görünəcək.

5 ULDUZLU OTELDƏ 10 MİLYONLUQ SAATI OĞURLANDI

LEQAL XƏBƏR məlumat verir ki, Türkiyənin Bodrum şəhərində istirahət edən rusiyalı turist otel otağından dəyəri təxminən 10 milyon rubl olan qol saatının itdiyini iddia edib. Məlumata görə, Kristina adlı turist ailəsi ilə birlikdə gecəsi təxminən 3 min avroya başa gələn beşulduzlu “The Bodrum

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Türkiyənin Bodrum şəhərində istirahət edən rusiyalı turist otel otağından dəyəri təxminən 10 milyon rubl olan qol saatının itdiyini iddia edib.

Məlumata görə, Kristina adlı turist ailəsi ilə birlikdə gecəsi təxminən 3 min avroya başa gələn beşulduzlu “The Bodrum Edition” hotelində qalıb.

Turistin sözlərinə görə, iki gün əvvəl duş qəbul etməzdən əvvəl “Audemars Piguet” markalı saatını çıxararaq otaqda qoyub. Daha sonra saatın yerində olmadığını aşkarlayıb.

Kristina iddia edib ki, təhlükəsizlik kameralarının görüntülərində onun otelə saat qolunda daxil olduğu, otaqdan isə saat olmadan çıxdığı görünür.

Onun sözlərinə görə, saat hələ də tapılmayıb. Turist həmçinin otel rəhbərliyinin hadisəyə görə üzr istəmədiyini və saatı özünün itirdiyini bildirdiyini iddia edib.

Hadisə ilə bağlı Türkiyə polisinə müraciət edən turist vəkil tutub və Rusiya konsulluğu ilə əlaqə saxlayıb.

Qeyd edək ki, bu, Türkiyədə rusiyalı turistlərin otel otaqlarından şəxsi əşyalarının itdiyini iddia etdiyi ilk hadisə deyil.

Xəbəri paylaş Dostlarınıza göndərin