İSMAYILLIDA FACİƏ: 5 YAŞLI UŞAQ HOVUZDA BOĞULDU
LEQAL XƏBƏR məlumat verir ki, İsmayıllı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Məlumata görə, hadisə rayonun Talıstan kəndində qeydə alınıb.
Bildirilib ki, 5 yaşlı T. Teymurlu kənddə yerləşən evlərdən birinin həyətindəki hovuzda olarkən boğularaq həyatını itirib.