Yeni xəbərlər burada görünəcək.

51 KİLOQRAM NARKOTİK VASİTƏ VƏ 2000 PSİXOTROP HƏB DÖVRİYYƏDƏN ÇIXARILIB

LEQAL XƏBƏR məlumat verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Məlumata görə, paytaxt ərazisində həyata keçirilən əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb. Şəxsdən

6 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Məlumata görə, paytaxt ərazisində həyata keçirilən əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb.
Şəxsdən ümumilikdə 51 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2000 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N. Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin