Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb.
Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən ixtisası üzrə döyüşlərə qatılıb. Bir neçə gün bundan əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfin (Rusiya) PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Vahab Quliyev, məşhur “Nənələr” folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, 30 ilədən çox idi ki, Ukraynada yaşayırdı.![]()