Yeni xəbərlər burada görünəcək.

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlanıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən sentyabr ayı ərzində özəl tibbi fəaliyyət sahəsində qanun pozuntularının aşkarlanması istiqamətində yoxlama və nəzarət tədbirləri həyata keçirilib. LeqalXəbər xəbər verir ki, aparılan tədbirlər nəticəsində ümumilikdə 7 stomatoloq və 1

6 baxış 3 dəq

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən sentyabr ayı ərzində özəl tibbi fəaliyyət sahəsində qanun pozuntularının aşkarlanması istiqamətində yoxlama və nəzarət tədbirləri həyata keçirilib.

LeqalXəbər xəbər verir ki, aparılan tədbirlər nəticəsində ümumilikdə 7 stomatoloq və 1 kosmetoloqun qanunvericiliyin tələblərinə zidd fəaliyyət göstərməsi müəyyən edilib.

Mərkəzin məlumatına görə, aşkarlanan 7 stomatoloqdan 5-i ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi, 2-si ilə bağlı isə 215.1-ci maddə üzrə protokollar tərtib olunub. Hazırlanan protokollar qanunvericilikdə nəzərdə tutulan qaydada aidiyyəti üzrə icraata göndərilib.

Araşdırmalar zamanı 5 stomatoloq və 1 kosmetoloqun müvafiq lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olduğu da müəyyənləşdirilib. Həmin faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədilə müvafiq protokollar hazırlanaraq aidiyyəti üzrə göndərilib.

Bununla yanaşı, sentyabr ayında daha bir hüquqi pozuntu faktı da aşkarlanıb. Belə ki, 2 ümumi cərrahın ixtisaslarına uyğun olmayan plastik cərrahiyyə sahəsində fəaliyyət göstərdiyi müəyyən edilib.

Bu faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 2 protokol tərtib olunub və sənədlər müvafiq icraata göndərilib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl tibb müəssisələrində göstərilən xidmətlərin qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət, eləcə də lisenziyasız və ixtisasına uyğun olmayan tibbi fəaliyyət hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin