Yeni xəbərlər burada görünəcək.

70 TON YANACAQ MƏNİMSƏYƏN ADY ƏMƏKDAŞLARI AZADLIĞA BURAXILDI

Leqal xəbər məlumat verir ki, Beş ay əvvəl lokomotivlərin fəaliyyəti üçün nəzərdə tutulmuş tonlarla yanacağın mənimsənilməsi ittihamı ilə həbs edilən “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları azadlığa buraxılıb. Məlumata görə, Şirvan Apellyasiya Məhkəməsi Eldəniz Sadıqov və Famil Soltanov

8 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Beş ay əvvəl lokomotivlərin fəaliyyəti üçün nəzərdə tutulmuş tonlarla yanacağın mənimsənilməsi ittihamı ilə həbs edilən “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları azadlığa buraxılıb.
Məlumata görə, Şirvan Apellyasiya Məhkəməsi Eldəniz Sadıqov və Famil Soltanov barəsində qərar çıxarıb. Bildirilir ki, təqsirləndirilən şəxslər dövlətə vurulan 107 min manatlıq ziyanı tam ödədikləri üçün onlara güzəşt tətbiq olunub və şərti məhkumetmə ilə məhkəmə zalından sərbəst buraxılıblar.
Qeyd olunur ki, müttəhimlər məhkəmədə 70 ton dizel yanacağını mənimsədiklərini etiraf edərək peşman olduqlarını bildiriblər. Bundan əvvəl Eldəniz Sadıqov 6 il, Famil Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Xəbəri paylaş Dostlarınıza göndərin