LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin Pensilvaniya ştatında yüngülmühərrikli “Cessna 150” təyyarəsi ilə polisə məxsus “Bell 407” helikopteri havada toqquşub.
Hadisə yerli vaxtla təxminən saat 19:50-də Karlayl bölgəsində baş verib.
Məlumata görə, helikopterdə iki nəfər olub. Təyyarənin göyərtəsində neçə nəfərin olduğu isə hələlik məlum deyil.
İlkin məlumatlara
əsasən, ştata məxsus polis helikopteri Karlayl hava limanına yaxınlaşarkən uçuş-enmə zolağının üzərində dövrə vuran yüngülmühərrikli təyyarə ilə toqquşub.
Hadisə ilə bağlı araşdırma aparılır.