Yeni xəbərlər burada görünəcək.

ABŞ-DƏ TƏYYARƏ QƏZAYA UĞRADI: XƏSARƏT ALANLAR VAR

ABŞ-nin Vaşinqton ştatında yerləşən Orkas adasının şimal hissəsində dəniz təyyarəsi qəzaya uğrayıb. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "KIRO7" telekanalı məlumat yayıb. "Kenmore Airlines" aviaşirkətinin açıqlamasına görə, təyyarənin göyərtəsində azı 11 nəfər olub və onların

5 baxış 3 dəq

ABŞ-nin Vaşinqton ştatında yerləşən Orkas adasının şimal hissəsində dəniz təyyarəsi qəzaya uğrayıb.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "KIRO7" telekanalı məlumat yayıb.

"Kenmore Airlines" aviaşirkətinin açıqlamasına görə, təyyarənin göyərtəsində azı 11 nəfər olub və onların hamısı sudan sağ çıxarılıb.

ABŞ Sahil Mühafizə Xidməti bildirib ki, təyyarə suya qəza enişi etməyə çalışsa da, daha sonra alovlanıb.

"Kenmore Air" şirkətinin məlumatına əsasən, dörd sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Onlarda sınıqlar, kəllə-beyin travmaları və kəsilmiş yaralar qeydə alınıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda qəzanın başvermə səbəbləri və ekipajın qəza enişi etməsinə səbəb olan amillərlə bağlı araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin