Yeni xəbərlər burada görünəcək.

ABŞ-da fövqəladə vəziyyət

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Kuba ilə danışıqlar aparır və ada ölkəsi üzərində “dostcasına nəzarət” qurmaq imkanını istisna etmir. Tramp bu barədə Texasa işgüzar səfərindən əvvəl Ağ Evin Cənub Çəmənliyində jurnalistlərlə görüşündə danışıb. “Kuba hökuməti bizimlə danışır.

8 baxış 3 dəq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Kuba ilə danışıqlar aparır və ada ölkəsi üzərində “dostcasına nəzarət” qurmaq imkanını istisna etmir.

Tramp bu barədə Texasa işgüzar səfərindən əvvəl Ağ Evin Cənub Çəmənliyində jurnalistlərlə görüşündə danışıb.

“Kuba hökuməti bizimlə danışır. Onların böyük problemləri var, pulları yoxdur, hazırda faktiki olaraq heç nələri yoxdur. Amma onlar bizimlə danışırlar və bəlkə də Kuba üzərində dostcasına nəzarət quracağıq”, – deyə ABŞ lideri bildirib.

Yanvarın 29-da Vaşinqtonda Kubaya neft tədarük edən ölkələrin mallarına tarif tətbiqinə imkan verən fərman imzalanıb. Sənədə əsasən, Kubanın yaratdığı iddia edilən təhlükə səbəbindən ABŞ-da fövqəladə vəziyyət elan edilib.

Kuba xarici işlər naziri Bruno Rodriges Parrilla isə bu tədbirləri kəskin tənqid edərək, onları “yanacaq tədarükünün tam blokadası”, “beynəlxalq ticarət prinsiplərinin pozulması” və Kuba xalqı üçün “ekstremal şəraitin yaradılması” kimi qiymətləndirib.

Vaşinqton isə enerji blokadası fonunda Kuba ətrafındakı vəziyyətlə bağlı Havana ilə əməkdaşlıq etdiyini və tərəflərin müəyyən razılaşmaya yaxın olduğunu bildirib.


Xəbəri paylaş Dostlarınıza göndərin