Yeni xəbərlər burada görünəcək.

ABŞ-DAN UKRAYNAYA MESAJ:

Legal Xəbər məlumat verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Ukraynanın ehtiyac duyduğu hərbi və maliyyə yardımının təmin olunması üçün fəaliyyətlərini davam etdirəcəklərini bəyan ediblər. Məlumata görə, Nümayəndələr Palatasının demokrat üzvü Brayan Fitspatrik Ukraynaya yardım

7 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Ukraynanın ehtiyac duyduğu hərbi və maliyyə yardımının təmin olunması üçün fəaliyyətlərini davam etdirəcəklərini bəyan ediblər.
Məlumata görə, Nümayəndələr Palatasının demokrat üzvü Brayan Fitspatrik Ukraynaya yardım paketinin təsdiqlənməsi ilə bağlı açıqlamasında Kiyevə dəstəyin davam etdiriləcəyini bildirib. O, Ukrayna xalqına və cəbhədə döyüşən hərbçilərə müraciət edərək yardımın yolda olduğunu vurğulayıb.
ABŞ-li konqresmen qeyd edib ki, qanun layihəsinin Senatda da dəstəklənməsi üçün iş aparılacaq. Onun sözlərinə görə, layihə yalnız Ukraynaya deyil, beynəlxalq təhlükəsizlik və sabitlik uğrunda mübarizə aparan qüvvələrə dəstək məqsədi daşıyır.
Xatırladaq ki, ABŞ Konqresinin aşağı palatası Ukraynaya dəstəyin artırılması və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı qanun layihəsini qəbul edib. Sənədin qüvvəyə minməsi üçün Senat tərəfindən də təsdiqlənməsi tələb olunur.
Xəbəri paylaş Dostlarınıza göndərin