Yeni xəbərlər burada görünəcək.

ABŞ-dən Türkiyəyə "F-35" qırıcıları müjdəsi: Tramp qadağanı qəğv edə bilər

LEQAL XƏBƏR verir ki, bu barədə "The New York Times" öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Ağ Ev rəhbərinin Konqres tərəfindən tətbiq edilən qadağanı hansı mexanizmlə aradan qaldıracağı hələ dəqiq deyil. ABŞ rəsmilərinin fikrincə, Türkiyənin yenidən proqrama qoşulması ilə

10 baxış 3 dəq

LEQAL XƏBƏR verir ki, bu barədə "The New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Ev rəhbərinin Konqres tərəfindən tətbiq edilən qadağanı hansı mexanizmlə aradan qaldıracağı hələ dəqiq deyil. ABŞ rəsmilərinin fikrincə, Türkiyənin yenidən proqrama qoşulması ilə bağlı proses dövlət başçıları arasında rəsmi məktublaşma ilə başlaya bilər.

Bununla yanaşı, mənbələr Trampın son anda qərarını dəyişə biləcəyini də istisna etmirlər.

Xatırladılıb ki, iyunun sonunda "Euractiv" portalı Ankaranın Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemlərini üçüncü ölkəyə satacağı təqdirdə, Vaşinqtonun "F-35" qırıcılarının Türkiyəyə tədarükünü yenidən gündəmə gətirə biləcəyini yazmışdı.

ABŞ 2019-cu ildə Türkiyəni Rusiyadan "S-400" sistemləri aldığına görə "F-35" proqramından çıxarmışdı. Vaşinqton bu qərarı hər iki sistemin eyni vaxtda istifadəsinin "F-35" qırıcılarının zəif tərəfləri barədə məlumatların əldə olunmasına səbəb ola biləcəyi ilə əsaslandırmışdı.

İsrail və Yunanıstan da Türkiyəyə "F-35" təyyarələrinin verilməsinin əleyhinə çıxış edərək bunun regionda hərbi güc balansını poza biləcəyini bildiriblər.

Xəbəri paylaş Dostlarınıza göndərin