Yeni xəbərlər burada görünəcək.

ABŞ İLƏ DANIŞIQLARDA İRƏLİLƏYİŞ VAR

Leqal xəbər məlumat verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ ilə aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildirib. Onun sözlərinə görə, tərəflər arasında danışıqların təşkili və keçirilməsi ilə bağlı plan hazırlanıb, hazırda isə məsləhətləşmələr davam

13 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ ilə aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildirib.
Onun sözlərinə görə, tərəflər arasında danışıqların təşkili və keçirilməsi ilə bağlı plan hazırlanıb, hazırda isə məsləhətləşmələr davam edir. Bəqai qeyd edib ki, görüşün keçiriləcəyi məkan razılaşdırıldıqdan sonra açıqlanacaq.
İran rəsmisi həmçinin Türkiyə, Oman və digər bəzi ölkələrin danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını bildirib.
Bəqai vurğulayıb ki, diplomatik prosesin davam etdirilməsi və gərginliyin azaldılması əsas məqsədlərdən biridir.
Xəbəri paylaş Dostlarınıza göndərin