Yeni xəbərlər burada görünəcək.

ABŞ-İRAN ATƏŞKƏSİ MÜZAKİRƏ EDİR

Leqal xəbər məlumat verir ki, ABŞ və İran arasında 60 günlük atəşkəsin uzadılması ilə bağlı danışıqlar aparılır. “The Washington Post”un yaydığı məlumata görə, tərəflər həmçinin Hörmüz boğazında gəmiçiliyin 30 gün ərzində bərpasını nəzərdə tutan ilkin razılaşmalar üzərində işləyirlər. Məlumata

18 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, ABŞ və İran arasında 60 günlük atəşkəsin uzadılması ilə bağlı danışıqlar aparılır.
“The Washington Post”un yaydığı məlumata görə, tərəflər həmçinin Hörmüz boğazında gəmiçiliyin 30 gün ərzində bərpasını nəzərdə tutan ilkin razılaşmalar üzərində işləyirlər.
Məlumata əsasən, Vaşinqton və Tehran bölgədə gərginliyi azaltmaq və yekun razılığa nail olmaq məqsədilə memorandum hazırlayırlar. Sənəddə atəşkəs rejiminin uzadılması və hərbi əməliyyatların dayandırılması məsələləri yer alır.
Bildirilib ki, memorandum imzalanacağı təqdirdə İran Hörmüz boğazını açacaq və gəmiçiliyin əvvəlki səviyyəyə qaytarılması üçün addımlar atacaq.
Bununla belə, tərəflər arasında hələ rəsmi sənəd imzalanmayıb və İran rəhbərliyi yekun təsdiq verməyib.
Xəbəri paylaş Dostlarınıza göndərin