Yeni xəbərlər burada görünəcək.

ABŞ İRANA İQTİSADİ ZƏRBƏ HAZIRLAYIR

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp Administrasiyasının əsas nümayəndələri noyabrın 3-də keçiriləcək aralıq seçkilərə qədər İranla münaqişədə genişmiqyaslı hərbi eskalasiyanın qarşısını almağa çalışırlar. Məlumata görə, Vaşinqton seçkilərdən sonra da genişmiqyaslı hərbi

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp Administrasiyasının əsas nümayəndələri noyabrın 3-də keçiriləcək aralıq seçkilərə qədər İranla münaqişədə genişmiqyaslı hərbi eskalasiyanın qarşısını almağa çalışırlar.

Məlumata görə, Vaşinqton seçkilərdən sonra da genişmiqyaslı hərbi əməliyyatların bərpasından imtina edə bilər. Hazırkı şəraitdə Ağ Ev Tehranı ABŞ-nin şərtləri ilə razılaşdırmaq üçün maksimum iqtisadi təzyiq göstərməyə köklənib.

Genişmiqyaslı silahlı toqquşmaların olmaması ABŞ Silahlı Qüvvələrinə Yaxın Şərqdə hərbi potensialını artırmağa imkan yaradır.

Bununla yanaşı, Vaşinqton Tehranın regiondakı Amerika hədəflərinə vaxtaşırı zərbələr endirə biləcəyini istisna etmir. Tramp Administrasiyası Respublikaçılar Partiyasının aralıq seçkilərindəki şanslarına mənfi təsir göstərə biləcək ciddi eskalasiyadan qaçmaq məqsədilə belə hallara təmkinli reaksiya vermək niyyətindədir.

Xəbəri paylaş Dostlarınıza göndərin