Yeni xəbərlər burada görünəcək.

ABŞ KARİB DƏNİZİNDƏ NÖVBƏTİ GƏMİYƏ ZƏRBƏ ENDİRDİ

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ hərbçiləri Karib dənizində daha bir gəmiyə zərbə endirib və həmin gəminin narkotik daşınmasında istifadə edildiyini iddia ediblər. Məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələri Cənub Komandanlığının (SOUTHCOM) “X” hesabında paylaşım edilib. Bildirilib ki, zərbə

24 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ hərbçiləri Karib dənizində daha bir gəmiyə zərbə endirib və həmin gəminin narkotik daşınmasında istifadə edildiyini iddia ediblər.

Məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələri Cənub Komandanlığının (SOUTHCOM) “X” hesabında paylaşım edilib.

Bildirilib ki, zərbə nəticəsində Karib dənizində narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət edən yüksəksürətli gəmi zədələnib və dörd nəfər həlak olub.

ABŞ tərəfi gəminin narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini göstərən kəşfiyyat məlumatlarının olduğunu bildirib.

ABŞ KİV-in məlumatına görə, 2025-ci ilin payızından etibarən narkotik qaçaqmalçılarının istifadə etdiyi katerlərə endirilən zərbələr nəticəsində 220-dən çox insan həlak olub.

Xəbəri paylaş Dostlarınıza göndərin