Yeni xəbərlər burada görünəcək.

ABŞ-nın BMT-dəki DAİMİ NÜMAYƏNDƏSİ "VAXT İRANIN TƏRƏFİNDƏ DEYİL"

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts İranı xəbərdar edib. O, Vaşinqtonla Tehran arasında aparılan danışıqlara və İrandakı iqtisadi vəziyyətə istinad edərək, vaxtın İranın tərəfində olmadığını deyib. Uolts həmçinin ABŞ-nin İrana qarşı maksimal təzyiq siyasətini yenilədiyini və indi İran

14 baxış 3 dəq

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts İranı xəbərdar edib. O, Vaşinqtonla Tehran arasında aparılan danışıqlara və İrandakı iqtisadi vəziyyətə istinad edərək, vaxtın İranın tərəfində olmadığını deyib.

Uolts həmçinin ABŞ-nin İrana qarşı maksimal təzyiq siyasətini yenilədiyini və indi İran iqtisadiyyatının böyük təzyiq altında olduğunu söyləyib. O həmçinin İranın yanvardakı etirazlarda güc tətbiqini kütləvi qırğın adlandırıb.

ABŞ ilə İran arasında vəziyyət bu ilin yanvarında ən kəskin vəziyyətinə çatıb. Vaşinqton İranın nüvə sənayesindən imtina etməsini tələb edir, bunun üçün tərəflər arasında danışıqlar da başlayıb. Üstəlik ABŞ Yaxın Şərqə böyük ordu hissələri yığmağa başlayıb. ABŞ Prezidenti Donald Tramp İranı Vaşinqtonun şərtlərini qəbul etməyəcəyi təqdirdə vura biləcəyini istisna etməyib.


Xəbəri paylaş Dostlarınıza göndərin