Leqal xeber bildirirki, ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, Vaşinqton İran üzərində tam və qəti qələbə əldə olunana qədər hərbi əməliyyatlardan geri çəkilmək niyyətində deyil. O, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə birgə keçirdiyi mətbuat konfransında danışıb. Heqset qeyd edib ki, ABŞ İsraillə birlikdə həyata keçirilən əməliyyatı başa çatdırmaq niyyətində deyil və məqsədlər tam reallaşana qədər fəaliyyət davam edəcək. Nazirin sözlərinə görə, ABŞ qoşunları verilən tapşırıqları dəqiqliklə yerinə yetirir və əməliyyat planlaşdırılmış qrafik üzrə aparılır. O, həmçinin bildirib ki, “Epic Fury” adlı əməliyyatın məqsədləri dəyişməz olaraq qalır. Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatlarda qarşıya qoyulan hədəflərin böyük ölçüdə yerinə yetirildiyini açıqlamışdı.
ABŞ qələbəyədək dayanmayacaq
Leqal xeber bildirirki, ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, Vaşinqton İran üzərində tam və qəti qələbə əldə olunana qədər hərbi əməliyyatlardan geri çəkilmək niyyətində deyil. O, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə birgə keçirdiyi
8 baxış
3 dəq
