Yeni xəbərlər burada görünəcək.

ABŞ Senatı Kleytonun Milli Kəşfiyyatın rəhbəri təyin edilməsini dəstəklədi

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Konqresinin Senatı keçirilən prosedur səsverməsində Cey Kleytonun Milli Kəşfiyyatın direktoru vəzifəsinə namizədliyini irəli aparmaq qərarını dəstəkləyib. Səsvermənin nəticələrinə əsasən, 51 senator Kleytonun namizədliyi üzrə yekun səsvermənin keçirilməsinin

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Konqresinin Senatı keçirilən prosedur səsverməsində Cey Kleytonun Milli Kəşfiyyatın direktoru vəzifəsinə namizədliyini irəli aparmaq qərarını dəstəkləyib.

Səsvermənin nəticələrinə əsasən, 51 senator Kleytonun namizədliyi üzrə yekun səsvermənin keçirilməsinin lehinə, 43 senator isə əleyhinə səs verib. Yekun təsdiq səsverməsinin iyulun 29-da baş tutacağı gözlənilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 11-də Cey Kleytonu bu vəzifəyə namizəd göstərmişdi. Milli Kəşfiyyatın direktoru ABŞ-ın 18 kəşfiyyat qurumunun fəaliyyətinin əlaqələndirilməsinə cavabdeh olan əsas vəzifəli şəxs hesab olunur.

Bundan əvvəl, iyulun 21-də Senatın Kəşfiyyat məsələləri üzrə xüsusi komitəsi də Kleytonun bu vəzifəyə təsdiqlənməsini tövsiyə etmişdi.

Xəbəri paylaş Dostlarınıza göndərin