Yeni xəbərlər burada görünəcək.

ABŞ VƏ İRAN ARASINDAKI DANIŞIQLARDA MÜHÜM İRƏLİLƏYİŞ

LEQAL XƏBƏR verir ki, ABŞ və İran arasında Dohada keçirilən dolayı danışıqlarda mühüm irəliləyiş əldə olunub. Qətər Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Macid bin Məhəmməd əl-Ənsarinin sözlərinə görə, Qətərin və Pakistanın vasitəçiliyi ilə keçirilən təmaslar zamanı tərəflər bir sıra vacib

7 baxış 3 dəq
LEQAL XƏBƏR verir ki, ABŞ və İran arasında Dohada keçirilən dolayı danışıqlarda mühüm irəliləyiş əldə olunub.
Qətər Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Macid bin Məhəmməd əl-Ənsarinin sözlərinə görə, Qətərin və Pakistanın vasitəçiliyi ilə keçirilən təmaslar zamanı tərəflər bir sıra vacib məsələlərin həllində irəliləyişə nail olublar.
Bildirilib ki, ABŞ və İran nümayəndə heyətlərinin ayrı-ayrılıqda keçirdiyi görüşlər artıq başa çatıb.
Qətər rəsmisi qeyd edib ki, tərəflər əldə olunan nəticələrlə kifayətlənməyərək yaxın vaxtlarda növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.
Onun sözlərinə görə, yeni məsləhətləşmələrin dəqiq tarixi İranda sabiq ali lider Əli Xameneinin vida və dəfn mərasimləri başa çatdıqdan sonra müəyyən ediləcək.
Xəbəri paylaş Dostlarınıza göndərin