Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin onlayn formatda iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı baş tutub.
▪️ ABB, Özbəkistanın kommersiya banklarından olan Davr Bankın əsas nəzarət səhm paketini əldə edərək ölkənin bank bazarına daxil olub.
▪️ "ABB Davr" bank Özbəkistanın bütün regionlarında fərdi və korporativ müştərilərə universal maliyyə xidmətləri göstərəcək. Rəqəmsal və innovativ maliyyə həllərinin tətbiqi də nəzərdə tutulur.
▪️ ABB-nin Özbəkistan bazarına daxil olması bankın 2026–2028-ci illər strateji inkişaf planı çərçivəsində coğrafi genişlənməsinin ilk mərhələsi kimi qiymətləndirilir.
Qeyd edək ki, sövdələşməyə dair anlaşma sənədi avqustun 22-də keçirilən IV Özbəkistan-Azərbaycan Regionlararası Forumunda imzalanıb.
ABB Özbəkistan bazarında
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin onlayn formatda iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı baş tutub. ▪️ ABB, Özbəkistanın kommersiya banklarından olan Davr Bankın əsas nəzarət səhm paketini əldə edərək ölkənin bank bazarına daxil olub. ▪️
7 baxış
3 dəq