Yeni xəbərlər burada görünəcək.

ABŞDƏN İRANA TƏLƏB

Leqal xəbər məlumat verir ki, ABŞ administrasiyasının İrandan uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmağı tələb etdiyi bildirilir. Məlumata görə, Vaşinqton yalnız zənginləşdirmə prosesinin dayandırılmasını deyil, həm də İranda mövcud olan zənginləşdirilmiş nüvə materiallarının ölkədən

7 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, ABŞ administrasiyasının İrandan uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmağı tələb etdiyi bildirilir.
Məlumata görə, Vaşinqton yalnız zənginləşdirmə prosesinin dayandırılmasını deyil, həm də İranda mövcud olan zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasını istəyir.
Xəbərdə qeyd olunur ki, ABŞ tərəfi İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və beynəlxalq yoxlamaların gücləndirilməsi məsələsində də israrlıdır.
Bildirilib ki, Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı danışıqlar davam edir. Daha əvvəl mediada tərəflərin uzunmüddətli moratorium məsələsini müzakirə etdiyi barədə məlumatlar yayılmışdı.
Mövzu beynəlxalq siyasətdə və Yaxın Şərqdə təhlükəsizlik baxımından diqqətlə izlənilir.
Xəbəri paylaş Dostlarınıza göndərin