Yeni xəbərlər burada görünəcək.

ABŞERONDA OĞURLUQ EDƏN ŞƏXSLƏR SAXLANILIBLAR

LEQAL XƏBƏR məlumat verir ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində müxtəlif oğurluq hadisələri törətməkdə şübhəli bilinən Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmayıl Xıdırov və Rasif

12 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində müxtəlif oğurluq hadisələri törətməkdə şübhəli bilinən Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmayıl Xıdırov və Rasif Əliyev saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər müxtəlif ünvanlardan ümumi dəyəri 19 min manat olan elektrik naqillərini oğurlayıblar.
Həmçinin onların digər bir həyətyanı sahədən elektrik mühərrikləri və müxtəlif avadanlıqları taladıqları da müəyyən olunub.
Keçirilən digər tədbirlər zamanı Rasif Əliyevin rayon ərazisində yerləşən marketlərdən birindən tütün məmulatları, lotereya biletləri və pul oğurladığı da üzə çıxıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin