LEQAL XƏBƏR məlumat verir ki, Ağdam rayonunun Baş Qərvənd kəndində yerləşən məktəbə Slovakiyanın Milli Qəhrəmanı, general Milan Rastislav Ştefanikin adı veriləcək.
Bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdən sonra təşkil olunan birgə bəyanat zamanı açıqlama verib.
Slovakiya Prezidenti bildirib ki, Ştefanik ölkəsinin görkəmli şəxsiyyətlərindən və Milli Qəhrəmanlarından biridir.
“O, Slovakiyanın Milli Qəhrəmanıdır və bu da Qarabağda Slovakiyanın bir izi olacaq”, – deyə Peter Pelleqrini vurğulayıb.![]()