Ağdaşın bir sıra ərazilərində qaz kəsilib.
Leqal Xəbər məlumat verir ki, saat 18:00-dan işlər yekunlaşanadək Ağdaş rayonunun H.Əliyev prospekti, Vaqif, SU-18, S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov, İstiqlal küçələri və Qarasuqumlaq kəndinin qaz təchizatı müvəqqəti dayandırılıb.
Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.