Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Toplantıda şəhərin sanitar təmizliyi, abadlıq və yaşıllaşdırma işlərinin vəziyyəti, eləcə də qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub. İclasda çıxış edən paytaxt rəhbəri Eldar Əzizov rayon rəhbərlərinə nöqsanların operativ şəkildə aradan qaldırılması, məsuliyyət və təşəbbüskarlığın artırılması barədə tapşırıqlar verib.
Müşavirədə Suraxanı rayonu, Qaradağ rayonu və Xəzər rayonunda sanitar təmizliyin vəziyyəti tənqid olunub. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət, Xəzər rayon rəhbərinə isə şifahi xəbərdarlıq edilib.
Adil Əliyev çıxışında mövcud çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağını bildirib.
ADİL ƏLİYEVƏ
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Toplantıda şəhərin sanitar təmizliyi, abadlıq və yaşıllaşdırma işlərinin vəziyyəti, eləcə də qanunsuz tikintilərlə bağlı məsələlər
19 baxış
3 dəq
