Yeni xəbərlər burada görünəcək.

ADINI DƏYİŞMƏK İSTƏYİR

Leqal Xeber məlumat verir ki, İtaliya hökuməti elektrik gərginliyinin ölçü vahidi olan “volt”un adının dəyişdirilməsini təklif edib. Təşəbbüs məşhur italyan fizik Alessandro Voltanın soyadının tam formada istifadə olunmasını nəzərdə tutur. Məlumata görə, İtaliya hökuməti hesab edir ki, alimlərin

5 baxış 3 dəq
Leqal Xeber məlumat verir ki, İtaliya hökuməti elektrik gərginliyinin ölçü vahidi olan “volt”un adının dəyişdirilməsini təklif edib. Təşəbbüs məşhur italyan fizik Alessandro Voltanın soyadının tam formada istifadə olunmasını nəzərdə tutur.
Məlumata görə, İtaliya hökuməti hesab edir ki, alimlərin adını daşıyan digər ölçü vahidlərində olduğu kimi, burada da soyadın tam forması qorunmalıdır. Bu səbəbdən hazırda istifadə olunan “volt” sözünün “Volta” kimi işlədilməsi təklif edilir.
Bildirilir ki, dəyişiklik ilkin mərhələdə ölkə daxilində tətbiq oluna bilər. Daha sonra məsələ beynəlxalq səviyyədə təsdiqlənməsi üçün Beynəlxalq Çəki və Ölçü Bürosunun müzakirəsinə çıxarılacaq. İtaliya hökuməti bu addımı ölkənin elmi irsinin və milli kimliyinin təşviqi kimi qiymətləndirir.
Qeyd olunur ki, təklif yalnız adla bağlıdır və elektrik şəbəkələrinin işi, eləcə də ölçü vahidinin funksiyası dəyişməyəcək.
Xəbəri paylaş Dostlarınıza göndərin