Yeni xəbərlər burada görünəcək.

ADY xəbərdarlıq etdi

Leqal xəbər məlumat verir ki, Azərbaycan Dəmir Yolları (ADY) ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti ilə bağlı qatarların hərəkətində gecikmələrin yarana biləcəyini açıqlayıb. Məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirsə də, təhlükəsizliyin təmin olunması

20 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Azərbaycan Dəmir Yolları (ADY) ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti ilə bağlı qatarların hərəkətində gecikmələrin yarana biləcəyini açıqlayıb. Məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirsə də, təhlükəsizliyin təmin olunması məqsədilə bəzi istiqamətlərdə sürət həddi endirilib. Bu səbəbdən qrafikdən qismən kənara çıxmalar mümkündür.
Qurum bildirir ki, güclü külək və yağış səbəbindən görmə məsafəsi məhdudlaşa bilər. Bu isə həm maşinistlər, həm də sərnişinlər üçün əlavə risk yaradır. Sərnişinlərə stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmaları tövsiyə olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin