LEQAL XƏBƏR məlumat verir ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilməlidir. Valideynlərin məqsədli şəkildə hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, valideynlər məktəbli formaları ilə bağlı ətraflı məlumatı övladlarının təhsil aldığı məktəblərdən, eləcə də yerli təhsili idarəetmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər.
Qeyd olunub ki, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.
Məlumata görə, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası məktəbli forması ilə bağlı müvafiq qərar qəbul edib.
Həmçinin bildirilib ki, seçilmiş vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişdirilmədən tətbiq olunur.![]()