Yeni xəbərlər burada görünəcək.

Şahbaz Şərif İlham Əliyevə zəng edib 

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. İqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın

7 baxış 3 dəq

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. İqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Şahbaz Şərif İslamabadda Azərbaycanın “ASAN xidmət” modeli əsasında yaradılan xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib və bu təcrübənin Pakistanın digər bölgələrində tətbiqi üçün Azərbaycanın dəstəyini istəyib. İlham Əliyev lazımi dəstəyin göstərilməsinə razılıq verib. Telefon danışığında regional və beynəlxalq məsələlər, eləcə də Pakistanın dialoqun təşviqi və gərginliyin azaldılması istiqamətində diplomatik səyləri müzakirə olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin