Yeni xəbərlər burada görünəcək.

AİB-DƏN BU VAXT ÇIXACAYIQ

Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) ilə Avropa İttifaqı arasında seçim zərurətə çevrilmədiyi müddətcə AİB çərçivəsində fəaliyyətini davam etdirəcək. Legal xəbər məlumat verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan AİB liderlərinin Astana sammitində Ermənistanın gələcək referendum

10 baxış 3 dəq

Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) ilə Avropa İttifaqı arasında seçim zərurətə çevrilmədiyi müddətcə AİB çərçivəsində fəaliyyətini davam etdirəcək.

Legal xəbər məlumat verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan AİB liderlərinin Astana sammitində Ermənistanın gələcək referendum planları ilə bağlı səslənən çağırışlara cavab verərkən bildirib.

Sammitdə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanı Avropa İttifaqına inteqrasiya və ya AİB-də qalma niyyətini müəyyən etmək üçün tez bir zamanda referendum keçirməyə çağırıblar.

Paşinyan isə qeyd edib ki, Aİ ilə AİB arasında real seçim qaçılmaz hala gəlməyənə qədər Ermənistan AİB daxilində fəaliyyətini davam etdirəcək. Onun sözlərinə görə, referendum qərarını yalnız Ermənistan xalqı verməlidir.

Baş nazirin fikrincə, ölkə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etmədiyi və ya namizəd statusuna yaxın olmadığı halda referendumun keçirilməsi məqsədəuyğun deyil. O əlavə edib ki, “hazırda xalqı belə bir hipotetik seçim qarşısında qoymaq düzgün deyil və bu, əsaslandırılmamış olar”.

Paşinyan həmçinin Ermənistanın Rusiya ilə münasibətlərinə də toxunaraq, əməkdaşlığın davam etdiyini və bu əlaqələrin yeni mərhələyə keçdiyini bildirib. Onun sözlərinə görə, bu transformasiya prosesi müsbət istiqamətdə inkişaf edir və Rusiya ilə yeni formatda münasibətlər formalaşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin